“Şimali Koreya yox olacaq” - ABŞ təhdid etdi

simali-koreya-yox-olacaq
Oxunma sayı: 1415

ABŞ Şimali Koreyanı təhdid edib.

“Qafqazinfo” xəbər verir ki, BMT-nin daimi nümayəndəsi Nikki Haley ABŞ-ın Şimali Koreya məsələsini Pentaqona təhvil verəcəyini bildirib. Onun sözlərinə görə, təşkilatın Təhlükəsizlik Şurası Şimali Koreya barəsində artıq heç nə edə bilmir. KXDR-i açıq şəkildə təhdid edən Haley “Şimali Koreya dayanmadan nüvə proqramına davam edərsə, ABŞ özünü, müttəfiqlərini müdafiə etmək məcburiyyətində qalacaq və Şimali Koreya yox olacaq. Hamımız bunun fərqindəyik, ancaq heç birimiz müharibə istəmirik”,-deyib. BMT rəsmisi onu da əlavə edib ki, əllərindəki bütün variantları dəyərləndirirlər və hərbi variantlar da müzakirəsini gözləyir.

Aysel Kərimova