Şimali Koreyada sel fəlakəti - 76 ölü, 75 itkin var

simali-koreyada-sel-felaketi
Oxunma sayı: 1038

Şimali Koreyada daşqınlar böyük itkilərə səbəb olub.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, leysan yağışların sonra baş verən tәbii fәlakәt nәticәsindә 76 nәfәr hәlak olub, 75 nәfәr dә itkin düşüb.

Evlər, iş yerləri, magistral yollar su altında qalıb.

Hvanqe və Pyonqan şәhәrlәrindә minlәrlә insan tәhlükәsiz bölgәlәrә köçürülüb.

Fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.