Şimali Koreyadan gözlənilməz addım - “Trampla görüş təxirə salına bilər”

simali-koreyadan-gozlenilmez-addim
Oxunma sayı: 2086

Şimali Koreya və Cənubi Koreya arasında 16 mayda keçirilməsi planlaşdırılan görüş təxirə salınıb.

“Qafqazinfo” AFP-yə istinadən xəbər verir ki, buna ABŞ-ın Sənubi Koreya ilə hərbi təlimlərə start verməsi səbəb kimi göstərilib.

Ş.Koreya hökuməti bu addımı danışıqlar prosesinin getdiyi bir vaxtda provakasiya kimi dəyərləndirib.

Həmçinin, bildirilib ki, 12 iyunda Sinqapurda ABŞ prezidenti ilə keçirilməsi planlaşdırılan görüş də təxirə salına bilər.