Şimali Koreyadan Trampın Kim Çen Inla görüşdən imtinasına - Cavab

simali-koreyadan-trampin-kim-cen-inla-gorusden-imtinasina
Oxunma sayı: 2518

Şimali Koreyadan rəsmi Vaşinqtonun ləğv etdiyi görüşlə bağlı açıqlama verilib.

"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, KXDR istənilən vaxt, istənilən formatda ABŞ-la sammit keçirməyə hazır olduğunu bəyan edib:

"Biz ABŞ-la masa arxasında əyləşib istənilən vaxt, istənilən formatda məsələləri həll etməyə hazırıq".

Bəyanatda ABŞ-Şimali Koreya münasibətlərinin yoluna qoyulması üçün sammitin keçirilməsinin vacibliyi də qeyd olunur. 

Xatırladaq ki, Ağ Ev rəhbəri Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla  iyunun 12-də Sinqapurda keçirilməsi nəzərdə tutulan görüşü ləğv etmişdi.