Şimali Koreyanın Moskvadakı səfirliyinin binasında kazino tapılıb

simali-koreyanin-moskvadaki-sefirliyinin-binasinda-kazino-tapilib
Oxunma sayı: 1246

Şimali Koreya Xalq Demokratik Respublikasının Moskvadakı səfirliyinin binasında yeraltı kazino aşkarlanıb.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, polis paytaxtda əməliyyat keçirərək 15 qeyri-qanuni oyun şəbəkəsini aşkar edib. Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, gizli kazinolardan biri Şimali Koreya səfirliyinin Moskvadakı binasında tapılıb. Hadisə barədə diplomatik nümayəndəliyin və hüquq-mühafizə orqanlarının rəsmi açıqlaması yoxdur.

Aysel Kərimova