“Simurq” çempionla mübarizəyə hazırdır

simurq-cempionla-mubarizeye-hazirdir
Oxunma sayı: 643

“Qafqazinfo” xəbər verir ki, paytaxta dünən gələn “Simurq” oyunun keçiriləcəyi İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionunda son hazırlığına edib. Bir saata yaxın davam edən məşq prosesində Georgi Çixradzenin yetirmələri isinmə hərəkətlərindən sonra taktiki tapşırıqlar üzərində çalışıb.

Qeyd edək ki, indiyə qədər 12 dəfə paytaxt təmsilçisi ilə üz-üzə gələn "Simurq", bu oyunların yalnız birində son 2 mövsümün çempionunu məğlub edib. Üç matçda isə heç-heçə qeydə alınıb.