“Simurq” “İnter”dən çəkinmir

simurq-interden-cekinmir
Oxunma sayı: 651

“Qafqaznfo” xəbər verir ki, bu sözləri “Simurq” klubunun gənc yarımmüdafiəçisi Murad Səttarlı deyib. Sabah “Topaz Premyer Liqası”nda XIV tur start götürəcək. “Simurq” öz meydanında lider “İnter” klubunu qəbul edəcək.”Simurq”un futbolçusu Murad “İnter”dən çəkinmədiklərini və sabahkı oyuna ciddi hazırlaşdıqlarını bildirib. “Var qüvvəmizlə sabahkı oyuna hazırlaşırıq “İnter” klubu hal-hazırda qrupda liderdi ancaq biz də 3-cü yerdəyik və rəqibimizdən qorxmuruq . Qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

Qeyd edək ki, sabahkı oyunda “Simurq” klubunun bir sıra oyunçuları oynamayacaq. Bunlar Mariyo Boziç, Asif Mirilidir. “Qarabağ”la görüşdə oynamayan Rasim Ramaldanovun isə oynayacağı gözlənilir

İqbal