“Simurq” “Neftçi”-dən daha şanslıdır

simurq-neftci-den-daha-sanslidir
Oxunma sayı: 648

“Qafqazinfo” xəbər verir ki, sabah oyunqabağı son məşqinə çıxacaq olan “Simurq”da “Neftçi” ilə müqayisədə oynamyacaq futbolçu azdır. Belə ki, müdafiəçi Aleksandr Şemonayev sarı vərəq cəzalısı olduğundan paytaxt təmsilçisinə qarşı oyunda forma geyinə bilməyəcək. Yarımmüdafiəçi Nicat Qurbanov isə “Neftçi” dən icarə əsasında “Simurq”a gəldiyi üçün qaydalara əsasən oynaya bilməz.

“Simurq”dan fərqli olaraq “Neftçi” də bir neçə əsas heyət futbolçuları həmin oyunda olmayacaq. Belə ki, İqor Mitreski, Flavinyo, Araz Abdullayev flaqmana “Simurq”qarşı keçiriləcək oyunda kömək edə bilməyəcəklər.

İqbal