“Simurq”un futbolçusu “Xəzər” yolunda

simurqun-futbolcusu-xezer-yolunda
Oxunma sayı: 647

Bu məlumatı “Qafqazinfo”ya açıqlamasında “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

H. Cəbrayıloğlunun sözlərinə görə Rasimlə artıq ilkin razılıq əldə olunub: “Rasim Ramaldanovla ilkin razılıq əldə etmişik. Futbolçu “Xəzər”də oynamaq təklifinə müsbət rəy verib. Artıq bir-iki gün içərisində futbolçu ilə rəsmi müqavilə imzalayacağıq. Rasimin transferini başa çatdırdıqdan sonra artıq xarici transferlərlə məşğul olmağa başlayacağıq. Məşqçimiz Con Toşak beynindəki futbolçuları yazılı şəkildə rəhbərliyə təqdim edib. Ancaq onların kimliyi barədə mənim də dəqiq məlumatım yoxdur”

İqbal