Sinan Aygün və Rahidənin mahnısını oxudu

Sinan Aygün və Rahidənin mahnısını oxudu
Oxunma sayı: 1485

Türkiyəli müğənni-bəstəkar Sinan Akçıl “Güzel şeyler” adlı albomunu təqdim edib.“Qafqazinfo” xəbər verir ki, onun yeni albomunda azərbaycanlı müəlliflərin ərsəyə gətirdiyi mahnılar da yer alıb. Belə ki, Sinan layihəsinə xalq artisti Aygün Kazımovanın “Səni belə sevmədilər” və müğənni Rahidə baxışovanın “Deməsinlər” mahnısını əlavə edib. 

“Səni belə sevmədilər”in musiqisi Hakan Erola, sözləri Leyli Erol İsrafilovaya aiddir, digərinin isə müəllifi  Zülfi Bədəlovdur. 

Sinanın ifa etdiyi hər iki bəstə əvvəlcə “Music Track” “Youtube” səhifəsində yerləşdirilib. Lakin daha sonra həmin mahnılar sosial şəbəkədən silinib. 

Qeyd edək ki, Miri Yusif və Röyanın “Səndən birdənədir” adlı mahnılarını ifa etmişdi.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi