Sinif yoldaşlarını döyüb bıçaqlayan azadlığa buraxıldı

sinif-yoldaslarini-doyub-bicaqlayan-azadliga-buraxildi
Oxunma sayı: 2469

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıqda, hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən 2001-ci il təvəllüdlü məktəb şagirdinə hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə prosesdə təqsirləndirilən şəxsə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. 

İttihama görə, hadisəni törədərkən yetkinlik yaşına çatmayan məktəbli sinif yoldaşına özünü kriminal aləmin üzvü kimi təqdim edərək, onu döyəcəyini deyib və daha sonra 60 manat pul alıb.

Bu səbəbdən aralarında yaranmış mübahisə zəminində ona beysbol taxtası ilə zərbələr endirib. Onları ayırmağa çalışan digər sinif yoldaşını isə bıçaqla vurub.

Təqsirləndirilən şəxs beysbol taxtasını həyətdən tapdığını, bıçağı isə "Laçın Ticarət Mərkəzi"ndən aldığını bildirib.

P. S  Məhkəmə işində tərəf kimi tanınan şəxslər yeykinlik yaşına çatmadığı üçün adlar gizli saxlanılıb. 

Murad Əhməd