Sinir sistemini sakitləşdirir, ürəyin işini yaxşılaşdırır...

Sinir sistemini sakitləşdirir, ürəyin işini yaxşılaşdırır...
Oxunma sayı: 1474

Üzüm qurusu sağlamlıq üçün olduqca faydalıdır. Ən önəmli xeyri isə qan azlığı riskini aradan qaldırmasıdır.

“Qafqazinfo” Medicina.az-a istinadən kişmişlə bağlı maraqlı məlumatları təqdim edir.

Öncəliklə qeyd edək ki, üzümün gilələri qurudulur və quru meyvə olan kişmiş əldə edilir. Kişmişin tərkibindəki şəkər fruktoza və qlükoza şəklində olur. Tərkibi karbohidratlarla zəngindir. Qanda insulinin miqdarının artmasına səbəb olmur.  Kaliumla zəngin olan bu qidada fosfor, natrium, kalsium, dəmir, maqnium, B1, B2, B5 və PP vitaminləri var.

Quru meyvənin tərkibində olan niasin və nikotin turşusu maddələr mübadiləsinin yaxşılaşmasına, fermentlərin miqdarının normallaşmasına səbəb olur ki, bu da züllalların mübadiləsini yaxşılaşdırır və əsəb sistemini sakitləşdirir.

Kişmiş yemək mərkəzi sinir sisteminin möhkəmləndirir. Sinir impulslarının normal ötürülməsini təmin edir. Kişmişin tərkibində olan kalium qanda turşu və zülalın miqdarını normallaşdırır, ürək əzələsinin işini normallaşdırır. Kişmişin tərkibində olan B1, B2, B5, B6 vitaminlərinin qarışımı sinir sistemini sakitləşdirir və yuxunun normallaşmasına səbəb olur.

Kişmiş orqanizmdən zərərli maddələrin xaric olunmasını sürətləndirir, şişkinliyi aradan qaldırır. Mütəxəssislər ürək-damar xəstəliklərindən və şəkərli diabetdən əziyyət çəkənlərə mütəmadi olaraq, kişmiş yeməyi məsləhət görür. Kişmiş yemək ağciyərlərin, ürəyin, sinir sisteminin möhkəmlənməsinə səbəb olur. Əsəbi gərginliklər zamanı kişmişi suda saxlamaq, sonra həmin suyu içmək və kişmişləri yemək orqanizmin sakitləşməsinə səbəb olur.

Kişmiş sənaye üsulu ilə qurudulsa üstünə zərərli maddələri toplaya bilir. Nəmişlikdə saxlanılan kişmiş orqanizm üçün zərərlidir. Allergiyalı xəstələr isə kişmiş yeyərkən diqqətli olmalıdırlar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi