Sinoptiklərdən xoş xəbər - Yaxın 2-3 gündə...

sinoptiklerden-xos-xeber
Oxunma sayı: 722

"Yaxın 2-3 gün ərzində ölkə ərazisində dünənə qədər müşahidə etdiyimiz isti hava olmayacaq. Havanın temperaturu 1-2 dərəcə aşağı enib, artıq paytaxtda şimal küləyi güclənib. Bu gün və sabah üçün belə hava şəraiti qüvvədədir”.

"Qafqazinfo" xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Bayramova deyib. 

Nazirlik rəsmisi qeyd edib ki, havanın temperaturunun yüksəlməsi avqust ayının xarakter xüsusiyyətdir.

“Avqust ayında Bakı və Abeşron yarmadasında 35-40, bəzi yerlərdə 42 dərəcə, bölgələrdə isə 42-44 dərəcə isti hava şəraiti müşahidə olunub”. 

G.Bayramova qeyd edib ki, əvvəlki illərdə Bakı və Abşeronda 40 dərəcə isti qeydə alınıbsa, 2015-2016 ci illərdə isə maksimal temperatur 41 dərəcəyədək yüksəlib.

“Naxçıvan Muxtar Respublikası və Mərkəzi Aran rayonların bəzi yerlərdə isə 42-43 dərəcədə isti müşahidə olunub”.