“Sinplus” qrupu Bakıda uğurlu çıxış edəcəyinə inanır

sinplus-qrupu-bakida-ugurlu-cixis-edeceyine-inanir
Oxunma sayı: 630

Qrupun üzvləri bildirmişlər ki, biz Bakıda canlı şouya, maraqlı performansa hazırlaşırıq. Qısa müddətdə izləyicilərimizdən çoxsaylı dəstək qazanmışıq. Biz İsveçrə adından çıxış edəcəyimizə çox sevinirik. Əslən italyan olan isveçrəliyik və bu ölkənin adından çıxış etməyimizə qərar verilməsindən çox məmnunuq.
Qrupun üzvləri milli seçimlərdə “Eurovision” yarışmasının ilk qalibi Lis Assianı üstələyərək təmsilçi seçilmələrinə də münasibət bildirmişlər: “Şübhəsiz, Lis Assia çox əziz insan və peşəkar müğənnidir. Lakin Bakıya biz gedirik və buna çox sevinirik. Lis Assia “Eurovision” tarixində öz sözünü demişdir”.
“Sinplus” qrupunun üzvləri tanıtım turu çərçivəsində Ukrayna, Latviya və digər ölkələrdə maraqlı çıxış edəcəklərini də açıqlamışlar.