Sinqapur hökuməti əhaliyə 500 milyon dollar mükafat paylayacaq

sinqapur-hokumeti-ehaliye-500-milyon-dollar-mukafat-paylayacaq
Oxunma sayı: 2196

Sinqapur hökuməti ölkə iqtisadiyyatının inkişafındakı töhfələrinə görə vətəndaşlarına 511 milyon dollar mükafat ayırıb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb. 

Mükafat Sinqapurun yetkinlik yaşına çatmış 2,8 milyon sakini üçün nəzərdə tutulub. Mükafatın məbləği isə 2017-ci il üzrə vətəndaşların gəlirlərinin məbləğindən asılı olacaq. 

Əhali üç qrupa bölünüb. İlk qrupa daxil olanlar ötən il gəlirləri 28 min Sinqapur dollarını keçməyənlərdir. Onlara 300 dollar, gəliri 100 min Sinqapur dollarını keçməyənlərə 200 dollar, üçüncü qrupa daxil olan vətəndaşlar, yəni gəlirləri 100 min Sinqapur dollarını keçməyənlər isə 100 dollar mükafat alacaqlar. 

Rəsmi məlumata görə, 2017-ci ildə ölkə iqtisadiyyatında artım hökumətin ilkin proqnozundan iki dəfə çox - 3,6 faiz təşkil edib.