Siqal Ermənistana səfər edəcəyi ilə bağlı xəbəri təkzib etdi

siqal-ermenistana-sefer-edeceyi-ile-bagli-xeberi-tekzib-etdi
Oxunma sayı: 1313

Ermənistan KİV-i dünya şöhrətli amerikalı aktyor və rejissor Stiven Siqalın aprelin 22-də Ermənistana, həmçinin Dağlıq Qarabağa səfər edəcəyinə dair xəbər yayıb.

“Qafqazinfo”nun məlumatına görə, Siqal “Feysbuk” hesabında bu informasiyanı təkzib edib.

“Məni Ermənistana, eləcə də Dağlıq Qarabağa dəfələrlə səfər etməyə dəvət ediblər. Lakin mən buna heç zaman razılıq verməmişəm. Çünki Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyirəm”, - deyə aktyor qeyd edib.