Siqaret alan yetkinlik yaşına çatmayıbsa, sənəd tələb olunacaq

siqaret-alan-yetkinlik-yasina-catmayibsa-sened-teleb-olunacaq
Oxunma sayı: 843

Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edilib. "Qafqazinfo" Xalq qəzetinə istinadən xəbər verir ki, bu barədə sənədi baş nazir Novruz Məmmədov imzalayıb.

Yeni bəndə əsasən, tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə, satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb etməlidir.