Siqaret çəkən qadınların sayı artıb

siqaret-ceken-qadinlarin-sayi-artib
Oxunma sayı: 652

Bu sözləri İranın Behişti adına Universitetinin professoru xanım Zəhra Hisami deyib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir. Xanım Hisami əlavə edib ki, ölkə əhalisinin 15 faizi siqaret çəkəndir. Onlardan 27,1 faizi kişi və 4,5 faizi isə qadındır.

Onun sözlərinə görə, üç il öncə İranda siqaret çəkən qadınlar 2 faiz təşkil edib.

O siqaret çəkən qadınların sayının artması ilə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, öncə qadınlar küçələrdə siqaret çəkənlərə rast gəlmək olmurdusa, indi avtomobillərdə, küçələrdə buna tez-tez rast gəlmək olur. Bu, narahatedici faktdır.