Siqaret çəkənlər üçün pis xəbər

siqaret-cekenler-ucun-pis-xeber
Oxunma sayı: 1899


Publika.Az-ın əldə etdiyi məlumata görə, artıq bir müddətdir ki, şirkətin rayonlarda paylayıcı şəbəkəsində və digər yerlərdə çalışan yüzlərlə insan müddətsiz məzuniyyətə göndərilib. Səbəb isə siqaret istehsalı ilə bağlı yeniliklərin tətbiqi və yeni sistemin qurulmasıdır.

Verilən digər məlumata görə, yaxın aylarda ölkədə siqaretin qiyməti kəskin artacaq. Bir qutu siqaretə görə qiymətlərin minimum 50 qəpik artacağı gözlənilir. Səbəb isə daha keyfiyyətli avadanlıqlarla istehsalın təşkili və s. amillərdir.