Siqaret kötüyünü yerə atanlar cərimələnəcək

siqaret-kotuyunu-yere-atanlar-cerimelenecek
Oxunma sayı: 643

Azərbaycanda tütün məmulatları tullantılarının ətraf mühitə atılması qadağan edilir.

“Qafqazinfo”nun Trend-iə istinadən məlumatına görə, bununla bağlı müddəa “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsində əksini tapıb.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Musa Quliyev deyib ki, qanun layihəsi qüvvəyə mindikdən sonra İnzibati Xətalar Məcəlləsində bununla bağlı cərimələr müəyyənləşəcək: “İndidən cərimənin məbləğinin nə qədər olacağını demək çətindir, ancaq cərimələr mütləq müəyyənləşəcək”.

Həmçinin, qanun layihəsinə əsasən, əgər siqaret çəkən şəxs bunun nəticəsində digər şəxslərin sağlamlığına və ya əmlakına ziyan vurarsa, bunu ödəmək məcburiyyətində olacaq.

Qeyd edək ki, qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirə edilərək qəbul olunub.