Siqaretin içində heroin gizlətdi

siqaretin-icinde-heroin-gizletdi
Oxunma sayı: 918

İrandan Azərbaycana heroin gətirən şəxs saxlanılıb.

“Qafqazinfo”nun Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə  piyada gələn Azərbaycan vətəndaşına məxsus 1 ədəd "West" markalı siqaret qutusuna baxış keçirilib. Yoxlama zamanı siqaret qutusunun içərisindəki bükülü vəziyyətdə olan falqalı kağızın alt hissəsində gömrük nəzarətindən gizlədilən, 4 ədəd selofan bükümlərdə, ümumi xalis çəkisi 0,312 qram heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd