Siqaretlərin qiyməti bahalaşdı

siqaretlerin-qiymeti-bahalasdi
Oxunma sayı: 4345

Azərbaycanda siqaretlərin qiyməti qalxıb.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, bir sıra siqaretlərin qiymətləri 20-40 qəpik civarında artıb.

Satış məntəqələrindən bunu firmaların siqaretləri baha gətirməsi ilə əlaqələndirirlər.

Ümumilikdə əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar isə 20 qəpik bahalaşıb.

Günel Hacı