Siracəddin Aslov azərbaycanlı səfirlə görüşdü

siraceddin-aslov-azerbaycanli-sefirle-gorusdu
Oxunma sayı: 1112

Azərbaycanın Tacikistana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə etimadnaməsinin surətini Tacikistanın xarici işlər naziri Siracəddin Aslova təqdim edib.

“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, Siracəddin Aslov Həsən Məmmədzadəni səfir təyin olunması ilə bağlı təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan ilə Tacikistan arasında siyasi, ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə əlaqələrin indiki vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, beynəlxalq məsələlər müzakirə olunub.