Sırğa oğrusu tutuldu

sirga-ogrusu-tutuldu
Oxunma sayı: 638

İyunun 20-də Q.Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzində Xətai Orucova məxsus piştaxtadan bir cüt sırğa oğurladığı üçün Viktoriya Kotliyar Nizami RPİ 24-cü PB-nin əməkdaşları tərəfindən tutulub. Müəyyən edilib ki, o, iyunun 18-də həmin ticarət mərkəzində Azad Aşırova məxsus piştaxtadan da eyni üsulla bir cüt sırğa oğurlayıb.

Səbail RPİ NMB və 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Andrey Milkovdan 3 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Sabunçu RPİ PPXB və 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Maştağa qəsəbəsi B.Dadaşov küçəsində yaşayan Anar Yahyayevin həyətindən ümumi çəkisi 25 kiloqram olan 87 ədəd çətənə kolu və 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Taleh Mürsəlov iyunun 20-də tutulub.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Elza Cavadova iyunun 20-də tutulub.

İyunun 18-də Hövsan qəsəbəsi O.Şabanov küçəsində qəsəbə sakini Elvin Şəbiyev bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Suraxanı RPİ 30-cu PB və Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Səbuhi Cəfərov iyunun 20-də yaxalanıb.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Nicat Orucov, Elvin Eynullayev, Əsiman Kərimov və Seyran Sultanov iyunun 20-də yaxalanıb. Müəyyən edilib ki, onlar mayın 17-nə keçən gecə Bakı şəhər sakini Ehtiram Mehdiyevə məxsus S.Əliyev küçəsində yerləşən mağazadan nəfəslikdən keçməklə 400 manat dəyərində mobil telefonlar, telefona aksesuarları, iyunun 1-də S.Əliyev küçəsində yaşayan Fikrət Abbasova məxsus həmin ünvanda yerləşən mağazadan qapıdan keçməklə 400 manat, danışıq kartları, spitli içkilər, iyunun 5-nə keçən gecə Mərkəz küçəsində yaşayan Gürcüstan vətəndaşı İxtiyar Məmmədova məxsus həmin ünvanda yerləşən mağazadan qapını sındırma yolu ilə 60 manat və ərzaq məhsulları, eyni zamanda İsmayıllı rayon sakini Ruslan Xamayevə məxsus Ramana qəsəbəsi S.Əliyev küçəsində yerləşən mağazadan qapının qıfılını sındırma yolu ilə tütün məmulatları, ərzaq malları, iyunun 7-nə keçən gecə isə S.Əliyev küçəsində yaşayan Rəna Şahnəzərovaya məxsus həmin ünvanda yerləşən mağazadan şüşəni sındırma yolu ilə siqaretlər və ətirlər oğurlayıblar.

Mayın 4-də Suraxanı qəsəbəsi A.Rzayev küçəsində yaşayanlar Bəylər Əsgərovun mənzilindən pəncərədən daxil olma yolu ilə mobil telefon, mayın 6-da Aliyə Akmanovanın mənzilindən açıq qapıdan keçmə yolu ilə içərisində 55 manat və sənəd olan pul qabı, bir cüt sırğa, mobil telefon, mayın 18-də Ağca Məmmədovanın evindən açıq qapıdan keçmə yolu ilə içərsində 30 manat, 5000 rus rublu olan əl çantası, mobil telefon, lampa, mayın 28-də Mövlud Mirzəyevin evindən açıq qapıdan daxil olma yolu ilə qızıl-zinət əşyaları, iyunun 5-də isə Şafetdin Abdulrazakovun mənzilindən 1134 manat oğurlanıb. Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Elvin Səfərov iyunun 20-də yaxalanıb. Cinayətin digər iştarakçılaranın yaxalanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.