Şirkət avtomobili ağır qəzaya düşdü - Ölən və yaralanan var

sirket-avtomobili-agir-qezaya-dusdu
Oxunma sayı: 2218

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, qəza Ələt-Astara magistralının Salyan rayonunun Yenikənd kəndi ərazisində keçən hissəsində qeydə alınıb.  

“Evrascon” ASC-yə məxsus minik avtomobilinin  beton dirəyə çırpılması nəticəsində bir nəfər hadisə yerində ölüb, Biləsuvar sakini, 1993-cü il təvəllüdlü Həsənov İmaməli Xeyrulla oğlu isə xəsarət alaraq Salyan rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.