Şirkət işçi axtarır

sirket-isci-axtarir
Oxunma sayı: 3115

Bakı şəhərində sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” MMC-nin Təmir Mərkəzinə avtobuslara texniki xidmət və təmir işləri üçün  ixtisaslı mexanik, çilingər və elektriklər tələb olunur. 

Qeyd  olunan vəzifələr üzrə ixtisaslaşmış servis mərkəzlərində ən azı 4 il iş təcrübəsi, AVRO 5 standartlara cavab verən avtonəqliyyat vasitələri (avtobuslar) üzrə biliklər və təcrübə tələb olunur. Əmək haqqı razılaşma yolu ilə təyin olunur. 

Maraqlanan şəxslər CV-lərini mövzu yerində “mexanik”, “çilingər” və “elektrik” qeyd etməklə [email protected] ünvana göndərə bilərlər. Əlaqə nömrəsi (012) 430 85 85." 

“Xaliq Faiqoğlu” MMC-i 2005-ci ildən Bakı şəhərindən sərnişindaşıma fəaliyyəti göstərir. Şirkətin avtobus parkında 300-ə yaxın İsuzu, BMC və Daewoo markalı avtobuslar mövcuddur. İstismarda olan xəttlərdə elektron ödəniş sistemini tətbiq edən ilk özəl daşıyıcı şirkətdir.