Şirkət tıxacda qalanların iftarını açdı

sirket-tixacda-qalanlarin-iftarini-acdi-
Oxunma sayı: 657

“Qafqazinfo”ya verilən məlumata görə, şirkətin idarə heyətinin sədri Vaqif Həsənov başda olmaqla “Qarant Sığorta”nın əməkdaşları iki gün ərzində tıxaclarda gözləyən oruc tutmuş sürücülərə, iftar açmaq üçün su və xurma paylayıblar. Aksiya əsasən mərkəzdə hərəkətin daha çox intensiv olan yerlərində, tıxaclarda və işıqforlarda iftar vaxtı keçirilib.
Xeyriyyə aksiyasında jurnalistlər də iştirak ediblər.

Nigar Məmmədli