Şirkətdən 700 litr dizel oğurlayan saxlanılıb

sirketden-700-litr-dizel-ogurlayan-saxlanilib
Oxunma sayı: 1675

Şirkətdən dizel oğurlayan şəxs saxlanılıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, avqustun 6-da Qaradağ rayonu ərazisindəki müəssisələrin birindən 700 litr dizel yanacağı, su mühərriki və 15 metr rezin borunu oğurlayıb “QAZel” markalı avtomobilində aparmağa cəhd göstərən Qobustan qəsəbə sakini Xudayar Hüseynov Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.