Şirkətinin mühafizəçisini öldürənlərə iş istənildi

sirketinin-muhafizecisini-oldurenlere-is-istenildi
Oxunma sayı: 866

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tikinti şirkətinin mühafizəçisini öldürməkdə təqsirləndirilən Rəşad Həsənov və Aftandil Məmmədova cəza istənilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Şəkər Məmmədovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək A. Məmmədovun 19 il 6 ay , R. Həsənovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Mərhumun atası Asim Mehdiyev isə onlara ömürlük cəza verilməsini istəyib: "Bunlar xuliqanlıqdırlar, bıçaqla gəzirlər. Çıxıb yenə də cinayət törədəcəklər. Balam getdi, mən yandım, başqası yanmasın". 

İttihama görə, 2017-ci ildə paytaxtın Nəsimi rayonunda Memarlıq və İnşaat Universitetinin tələbəsi Samir Mehdiyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. İlk olaraq onun avtomobillə vurulması barədə məlumat yayılıb və ölümlə nəticələnən yol qəzası törətmək, hadisə yerindən qaçmaq maddələri ilə cinayət işi açılıb. Lakin kameralara baxış zamanı hər hansı yol qəzası qeydə alınmayıb.

Buna görə də araşdırmalar qətlə motivi üzərində davam etdirilib. Nəticədə məlum olub ki, 2 nəfər naməlum şəxs tikinti şirkətindən oğurluq etmək istəyərkən S.Mehdiyevin müqaviməti ilə üzləşiblər. Bu zaman onlar arasında əlbəyaxa dava düşüb. Bu münaqişə də təhlükəsizlik kameralarında lentə alınıb. Həmin 2 şəxs Samiri döyərək öldürüblər. 

Araşdırmalarla həmin şəxslərin hər ikisi əvvəllər məhkumluq həyatı yaşayan Rəşad Həsənov və Aftandil Məmmədov olduğu müəyyən edilib. 

Murad Əhməd