Şirvan sakinindən narkotik götürüldü

sirvan-sakininden-narkotik-goturuldu
Oxunma sayı: 1424

Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, ŞPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş 49 yaşlı Arif Məmmədov saxlanılıb.

Ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman yarımtikilidə kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu və ümumi çəkisi 500 qrama yaxın olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Maddi sübutlar ekspertizaya təqdim olunub. Faktla bağlı Şirvan ŞPŞ-də araşdırma aparılır.