Şirvanda 71 yaşlı kişi kanalizasiya quyusuna düşüb öldü

sirvanda-71-yasli-kisi-kanalizasiya-quyusuna-dusub-oldu
Oxunma sayı: 1807

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şirvan şəhərində 1 nəfər kanalizasiya quyusuna düşüb.

Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1948-ci il təvəllüdlü Babayev Şahmirzə Fərid oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. ​