Şirvanda evin çardağı çöküb, 1 nəfər dağıntılar altında qalıb

sirvanda-evin-cardagi-cokub-1-nefer-dagintilar-altinda-qalib
Oxunma sayı: 986

Şirvanda evin çardağının çökməsi nəticəsində 1 nəfər dağıntılar altında qalıb.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şirvan rayonunda birmərtəbəli fərdi yaşayış evinin çardağı təmir zamanı çöküb və 1 nəfər dağıntılar altında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Mülkü Müdafiə Qoşunlarının müvafiq xilasetmə qüvvələri xəsarət alan vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.