Şirvanda güllələnən “Odessa” Teyyub imiş - Foto

sirvanda-gullelenen-odessa-teyyub-imis
Oxunma sayı: 10632

Şirvan şəhər sakini ayağından güllə yarası alıb. 

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, yaralı 1966-cı il təvəllüdlü Tağıyev Teyyub Eyyub oğlu Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

***

Bu gün axşam saatlarında Şirvan şəhərində 52 yaşlı kişi güllələnib.

Virtualaz.org xəbər verir ki, ayağından tapança yarası alan Şirvan şəhər sakini Teyyub Eyyub oğlu Tağıyev yaralı vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.

Məlumata görə, Teyyub Tağıyev 90-cı illərdə Ukraynanın Odessa şəhərində yaşayıb və həmyerlisi, Odessa bazarında işləyən azərbaycanlıların əsas himayəçisi kimi böyük nüfuza sahib olan Rahim Ələkbərovun ən yaxın adamlarından biri olduğundan “Odessa” Teyyub kimi tanınıb.

2001-ci ilin noyabr ayının 29-da Rahim Ələkbərov Odessada qətlə yetirildikdən sonra Teyyub Tağıyev də geri dönüb.

Hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində artıq hadisəni törədən şəxsin kimliyi də müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam edir.

Solda Teyyub Tağıyev, sağda Rahim Ələkbərov