Şirvanda məhsul istehsalçılarına yeni texnikalar təqdim olunub

Şirvanda məhsul istehsalçılarına yeni texnikalar təqdim olunub
Oxunma sayı: 1057

Aprelin 14-də “Aqrolizinq” ASC-nin Şirvan şəhər Təchizat Bazasında fermer və torpaq istifadəçilərinə ölkəyə gətirilən müxtəlif növ kənd təsərrüfatı texnikası təqdim olunub.

“Qafqazinfo” xəbər verir ki, bu münasibətlə təchizat bazasında təşkil olunan tədbirdə fermerlər, torpaq mülkiyyətçiləri, məhsul istehsalçıları və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov yeni texnikaların üstünlüklərindən danışıb. Bildirib ki, 2018-ci ildə “Aqrolizinq” ASC tərəfindən pambıqçılıqda istifadə olunması üçün 3460 ədəd müxtəlif növ kənd təsərrüfatı texnikası sifariş verilib. Artıq bu texnikaların bir hissəsi respublikaya gətirilərək istehsalçılara paylanılıb.

Vurğulanıb ki, kənd təsərrüfatının müxtəlif sahələrinə dair Dövlət proqramlarına əsasən ölkəyə çəltikçilik, çayçılıq və sitrus meyvələrinin inkişaf etdirilməsi məqsədilə müasir texnikalar gətirilməkdədir. Bu il ilk dəfə olaraq çəltikçiliyin inkişaf etdirilməsi məqsədilə Yaponiyanın “Kubota”, Cənubi Koreyanın “Kito Deadonq” firmalarının istehsalı olan 30 ədəd yeni çəltikçilik texnikası gətirilib. Bu maşınlar arasında kiçik sahələrdə çəltik əkən və çəltik becərən texnikalar da var. Texnikaların əksəriyyəti çəltikçilik üzrə ixtisaslaşmış Lənkəran, Astara, Masallı rayonlarında fermerlərə təqdim olunub.

Həmçinin qeyd edilib ki, ölkədə taxılçılığın inkişaf etdirillməsi ilə əlaqədar olaraq 2018-ci ildə ABŞ-ın “Con Deer”, Almaniyanın “Claas”, Finlandiyanın “Sampo” və başqa firmaların istehsalı olan 260 ədəd taxılyığan kombaynın gərilməsi də nəzərdə tutulur. Artıq ölkəyə 50-yə yaxın taxılyığan kombayn gətirilib. “Aqrolizinq” ASC-nin təchizat bazasında olan “Sampo”, “Con Deer” və digər yüksək məhsuldarlıqlı taxılyığan kombaynlar taxıl istehsalçılarına veriləcək.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi