Şirvanda mikroavtobus qəzası - 15 yaralı var + Yenilənib

Şirvanda mikroavtobus qəzası
Oxunma sayı: 2232

Bu gün səhər saatlarında Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Şirvan-Salyan marşrutu üzrə hərəkət edən mikroavtobusla “Şirvan oil”ə məxsus xüsusi qurğulu “KamAZ” markalı yük maşını toqquşub.
 
Nəticədə mikroavtobusda olan 15 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıblar.
 
Faktla bağlı araşdırma aparılır.

***

“Qafqazinfo” yaralıların vəziyyətini öyrənmək üçün Şirvan rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlayıb. Xəstəxanadan bildirilib ki, xəsarət alanların çoxu evə buraxılıb. Xəstəxanada hazırda 5 nəfər qalıb. Onlara da lazımi tibbi yardım göstərilir. Vəziyyətləri yaxşıdır. Onlar da yaxın vaxtlarda evə buraxılacaq.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi