Şirvanda toyda kütləvi zəhərlənmə - Video

sirvanda-toyda-kutlevi-zeherlenme
Oxunma sayı: 6186

Şirvan şəhərində yerləşən "Yeganə" şadlıq sarayında kütləvi zəhərlənmə olub.

"Qafqazinfo"nun məlumatına görə, zəhərlənməyə toy zamanı istifadə edilən pirotexniki vasitə səbəb olub.

Nəticədə 10-dan çox şəxsin zəhərləndiyi bildirilir. Onlar dərhal xəstəxanaya çatdırılıblar.

Hazırda Şirvan rayon Polis İdarəsinin əməkdaşları hadisə yerindədir. Sözügedən restorana təcili tibbi yardım maşınları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.