“Şişirtmədən söyləyirəm, Türkiyə ən inkişaf etmiş…” - Putindən “S-400” açıqlaması

sisirtmeden-soyleyirem-turkiye-en-inkisaf-etmis
Oxunma sayı: 3136

Rusiya prezidenti Vladimir Putin Türkiyənin sifariş etdiyi “S-400” zenit-raket kompleksindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, Putin Türkiyənin almaq istədiyi “S-400”ün ən inkişaf etmiş olduğunu söyləyib:

“Şişirtmədən söyləyirəm, sinifində ən yaxşısını almaq istəyirlər”.

Putin Türkiyənin “S-400”ə sahib olmaq istəməsi ilə bağlı beynəlxalq təzyiqə məruz qalmasına isə belə şərh verib:

“Ərdoğana təzyiq vasitəsilə təsir etmək çətindir. Əksinə, bu, onu daha da cəsarətləndirəcək”.

Qeyd edək ki, Türkiyə Rusiyadan 4 ədəd “S-400”ü 2,5 milyard dollara sifariş edib. Kompleksin 2019-cu ilin sonuna qədər göndəriləcəyi bildirilir.