Şişman qadınlar bu ölkənin turizm brendi olacaq

sisman-qadinlar-bu-olkenin-turizm-brendi-olacaq
Oxunma sayı: 1689

Uqandanın Turizm Nazirliyi kök qadınları ölkənin turizm brendi etmək üçün təlimat verib.

“Qafqazinfo” “The Herald”a istinadən xəbər verir ki, bunun üçün müsabiqə təşkil ediləcək. “Kök gözəl” yarışmasında ölkənin şişman qadınları seçiləcək və onlar Uqandada turizmin inkişafına təkan verəcəklər. Müsabiqədə 18-35 yaşlı qızlar iştirak edə bilər. Onlar təkcə bədənləri ilə deyil, intellekt səviyyələri ilə də seçilməlidirlər. Finalçılar iyunda müəyyən olunacaq. 

Yarışma təşkilatçılarının sözlərinə görə, bu müsabiqə insanlara müxtəlif gözəllikləri qiymətləndirmək imkanı verəcək. 

Qeyd edək ki, turizm Uqandanın başlıca gəlir gətirən sahələrindən biridir. Ötən il bu sahədən 1,4 milyard dollar qazanc əldə olunub.