Şıxlinskayaya dəyən ziyanı ödəyiblər

Şıxlinskayaya dəyən ziyanı ödəyiblər
Oxunma sayı: 1604

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu klinikanın baş mühasibi Şəhla Abbasova və digər işçilərinin məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə elan edilib ki, təqsirləndirilən şəxslər L. Şıxlinskayaya dəyən ziyanı (56 min manatı) məhkəmənin depozit hesabına ödəyiblər.

Daha sonra onlar son söz demək üçün vaxt istəyiblər.

Qeyd edək ki, iş üzrə klinikanın baş mühasibi Şəhla Abbasova, mühasib Səkinə Qasımova, kassir Aytən Hüseynova, Polad Əliyev, Mədinə Hüseynova və Yelena Abdullayeva təqsirləndirilir. P.Əliyev hazırda Milli Elmlər Akademiyasında, S.Qasımova Tibb Universitetində həkim işlədiyini bildirib. M.Hüseynova və Y.Abdullayeva isə L.Şıxlınskaya adına klinikada qeydiyyatçı işləyib.

L.Şıxlinskaya Ş.Abbasovanı işdən çıxardıqdan sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək onun klinikadan 1 milyon mənimsədiyini bildirib. Cinayət işi açılıb və istintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib. İstintaqın yekununda adıçəkilən şəxslər 700 min manat mənimsəməkdə ittiham olunublar. Lakin məhkəmədə təkrar maliyyə ekspertizası keçirilib və ekspertin rəyindən bəlli olub ki, klinikaya dəyən ziyan 700 min manat yox, 56 min manatdır.

Qeyd edək ki, bir ay əvvəl xalq artisti Leyla Şıxlinskaya rəhbəri olduğu klinikanı satıb.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi