Siyahıda 5 milyon 192 min 42 nəfər var

siyahida-5-milyon-192-min-42-nefer-var
Oxunma sayı: 991

Azərbaycanda vahid seçici siyahısı dəqiqləşdirilərək yenidən tərtib edilib. 

“Qafqazinfo” xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov jurnalistlərə bildirib ki, Azərbaycanda 5 milyon 192 min 42 nəfər səsvermə hüququ olan şəxs var. 

Onun sözlərinə görə, MSK 2018-ci il üzrə daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq edilməsi və ictimailəşdirilməsi cari ilin martın 3-ə qədər başa çatdırılması qərara alınıb. 

N.Məmmədov əlavə edib ki, Azərbaycanda seçicilərin sayı 0.6 faiz, yəni 28792 nəfər artıb.

Günel Türksoy