Siyasətçi ədəbiyyatçıları bir araya gətirdi

siyasetci-edebiyyatcilari-bir-araya-getirdi
Oxunma sayı: 729

“Qafqazinfo” xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirə dünyanın 20-dən çox ölkəsinin gənc şairələri qatılıb. Bu sıraya Avropa, Asiya, Afrika ölkələrindən gələn istedadlar daxildir. Toplantıya Gənclər və İdman Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyi, Prezident yanında Gənclər Fondunun, Yazıçılar Birliyinin rəsmiləri, Milli Məclisin üzvləri, diplomatik korpusun nümayəndələri, tanınmış şairlər, yazıçılar, mədəniyyət xadimləri qatılıb.

Qeyd edək ki, Azərbaycanda belə bir forum ilk dəfədir ki, keçirilir. Forum mərhum prezident Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.

Xatırladaq ki, "Gənc şairlərin beynəlxalq Forumu"nun təşkilatçısı "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqıdır.

Gülnar