“...Siyasətdən getməyə hazıram” - - Ərdoğan

siyasetden-getmeye-haziram-
Oxunma sayı: 1168


O bildirib ki, qarşıdakı bələdiyyə seçkilərində rəhbərlik etdiyi Ədalət və Inkişaf Partiyası (AKP) qalib gəlməyəcəyi təqdirdə, siyasətdən getməyə hazırdır. Bu barədə “Anadolu” agentliyinin yaydığı məlumata görə, Ərdoğan fikrini belə əsaslandırıb: “Tam açıq şəkildə söyləyirəm, seçkilərdə qalib gəlməsək, siyasətdən getməyə hazıram”. Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri martın 30-da keçiriləcək.

Politoloq Vəfa Quluzadə deyir ki, hökumət başçısının bu cür yanaşmasını təbii qəbul etmək lazımdır: “Ərdoğan deyə bilməzdi ki, partiyam qalib gəlməsə, hakimiyyətdə qalacağam.  Ərdoğanın partiyası qalib gəlməsə, iki dəfə vəzifədə olan şəxs kimi, o, gedə də bilər. Eləcə də, Ərdoğan bu sözləri əminliklə deyib. O bilir ki, onun partiyası bu seçkiləri udacaq və buna əmin danışır”.

Azadlıq.info