“Siyasətə qayıtmaq fikrim yoxdur” - Keçmiş baş nazir

siyasete-qayitmaq-fikrim-yoxdur
Oxunma sayı: 1666

Gürcüstanın keçmiş baş naziri Georgi Kvirikaşvili yenidən siyasətə qayıtmaq istəmir.

“Qafqazinfo” “Novosti Qruziya”ya istinadən xəbər verir ki, bunu eks-baş nazir səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib: “Mən siyasətə qayıtmağa hazırlaşmıram. Hazırda daha maraqlı işlərim var”. 

Qeyd edək ki, Kvirikaşvili Gürcüstanda 2,5 il hakimiyyətdə olub. O, baş nazir postunu bu ilin iyununda tərk edib.

Hazırda Kvirikaşvili Özbəkistan hökumətinə ictimai və özəl sektorlar arasında dialoq platformasının qurulmasında yardım edir.