Siyasi məhbuslar cəzaçəkmə müəssisələrinə köçürüldülər

siyasi-mehbuslar-cezacekme-muessiselerine-kocurulduler
Oxunma sayı: 644

“2 aprel”çi məhbusların ailə üzvlərinin “Azadlıq” radiosuna verdiyi məlumata görə, AXCP üzvlərindən Arif Alışlı 17, Babək Həsənov 16, Zülfüqar Eyvazlı 10 saylı cəzaçəkmə müəssisələrinə göndərilib. Müsavat partiyasının üzvü Elşən Həsənov da cəzasını 17 saylı cəzaçəkmə müəssisəsində çəkəcək.
Ailə üzvləri bildiriblər ki, məhbuslar karantində olduğuna görə, görüşlərə icazə verilmir. Amma növbəti həftədən onların görüş imkanı olacaq.
Digər “2 aprel”çilər də bu həftə ərzində koloniyalara göndəriləcək.