Siyasi partiyadan Bulvarda namaz təklifi

siyasi-partiyadan-bulvarda-namaz-teklifi
Oxunma sayı: 657

VİP-dən “Qafqazinfo”ya daxil olan təklifdə bu məsələnin reallaşmasını zəruri edən məqamlar göstərilib: “Məlum olduğu kimi, Milli Parkda aparılmış əsaslı təmir işlərindən sonra bu istirahət zonasının ərazisi xeyli genişlənib və vətəndaşlar uzunluğu bir neçə kilometrə çatdırılmış bu məkanda dincəlmək imkanı qazanıblar. Lakin Milli Parkda insanların normal istirahəti üçün şərait yaradılsa da, mühüm bir məsələ diqqətdən kənar qalıb. Məsələ bundadır ki, Milli Parkda istirahət edən insanların müəyyən bir hissəsini dindarlar təşkil edir. Amma həmin insanlar ibadət vaxtı ya istirahətlərini yarımçıq qoyub yaxınlıqdakı məscidlərə getməli olurlar, yaxud da öz namazlarını ötürmək məcburiyyətində qalırlar.

Bu baxımdan, Milli Parkın ərazisində dindar vətəndaşların rahat ibadət etmələri üçün müəyyən məsafələrdə xüsusi namazgahların qurulmasına ehtiyac var. Ümid edirik ki, Bakı Şəhər İcra Hakimiyyəti və Milli Parkın rəhbərliyi bu vacib məsələyə həssalıqla yanaşaraq, onun müsbət həllini təmin edəcək“.