Siyasi partiyalara şad xəbər

siyasi-partiyalara-sad-xeber
Oxunma sayı: 652

Mirzəyev bildirib ki, bu məsələ ilə bağlı Azərbaycanla Venesiya Komissiyasının müzakirələri zamanı razılığa gəlinib.

Onun sözlərinə görə, Azərbaycanın yeganə razılaşmadığı məsələ partiyaların əcnəbilər tərəfindən yaradılması və maliyyələşdirilməsidir.

Mirzəyev deyib ki, bu, Venesiya Komissiyası tərəfindən təklif edilib, Azərbaycan isə buna razılıq verməyib.

Azərbaycan tərəfi Venesiya Komissiyası ilə yenidən hazırlanan "Siyasi partiyalar haqqında" qanun layihəsini müzakirə edib.

"Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul olunub.

Ciddi dəyişikliklərdən sonra yenidən qəbul olunacaq qanun layihəsində partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi də nəzərdə tutulur.

Növbəti parlament seçkilərinin 2015-ci ildə keçirilməsi nəzərdə tutulur.