Siyəzəndə avtomobil aşdı - Yaralılar var

siyezende-avtomobil-asdi
Oxunma sayı: 2388

Siyəzəndə “Ford” markalı yük avtomobili aşıb.

“Qafqazinfo” xəbər verir ki, Bakıdan Xaçmaza gedən “Ford Transit” markalı 90-CL-983 dövlət nömrə nişanlı yük avtomobili qarşısına qəflətən başqa avtomobilin çıxması nəticəsində qəza törədib. Hadisə nəticəsində Xaçmaz rayon Çiləgir kənd sakinləri 1982-ci il təvəllüdlü Rafiq  Ağamalı oğlu Nağdıyev və 1979-cu il təvəllüdlü Elnur Nəcib oğlu Səlimov ağır dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib, tibbi yardım göstərilir.  

Yük avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Rəsul Ağaşah oğlu Babayev yüngül xəsarətlər alıb. 

Qarşılarına çıxan avtomobilin sürücüsünə isə xəsarət dəyməyib. 

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Emin Kərimov