Siyəzəndə dənizdə meyit tapıldı

siyezende-denizde-meyit-tapildi
Oxunma sayı: 1763

Siyəzəndə dənizdə 54 yaşlı kişi meyiti aşkarlanıb.

“Qafqazinfo”nun FHN-ə istinadən xəbərinə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 500 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin meyiti aşkar edilib.

Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 1964-cü il təvəllüdlü Ələsgərov Fərəməz Əsgər oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.