Siyəzəndə güclü yanğın olub

Siyəzəndə güclü yanğın olub
Oxunma sayı: 1022

Sentyabrın 14-də axşam saatlarında Siyəzən rayonunun Zarat kəndi ərazisində güclü yanğın olub.

“Qafqazinfo” “AzərTAC”a istinadən xəbər verir ki, dənizkənarı ərazidə kol-kos və quru otun yanması ilə başlayan yanğın hazırda geniş sahəyə yayılıb.

Yanğının söndürülməsi üçün FHN-nin Siyəzən, Xaçmaz, Şabran, Xızı rayon və Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə hissələrinin texnika və canlı qüvvələri əraziyə cəlb olunub.

Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Zarat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vaqif Şahbazov bildirib ki, yanğın yaşayış evlərindən uzaqdadır. Buna görə sakinlər üçün heç bir təhlükə yoxdur.

“Hazırda yanğınsöndürənlər alovun söndürülməsi üçün çalışırlar. Havanın küləkli olması işi çətinləşdirir. Kənd üçün heç bir təhlükə yoxdur”, - deyə V.Şahbazov bildirib.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi