Siyəzəndə qəza yerindən qaçan sürücü tutuldu

Siyəzəndə qəza yerindən qaçan sürücü tutuldu
Oxunma sayı: 872

Bakı-Quba yolunda qəza törədərək hadisə yerindən qaçan sürücü tutulub.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, iyunun 11-də Bakı-Quba yolunun Siyəzən rayonu ərazisində “Mitsubishi Pajero” markalı, 99-FO-808 dövlət qeydiyyat nişanlı avtomobilin yol kənarlarında quraşdırılmış maneəyə çırpılması nəticəsində sərnişin Cəlalə Qurbanova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin edilib.

Hadisənin 1990-cı il təvəllüdlü İsmayıl Ələkbərov törədilməsinə, eləcə də onun hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib. İ.Ələkbərov iyunun 11-də Cinayət Məcəlləsinin 263.2 və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi